Ana Sayfa > Cəmiyyət > Şəkidə polis baş leytenantı geyimində qadın tutuldu

Şəkidə polis baş leytenantı geyimində qadın tutuldu


26-04-2016, 14:53. Yazar: admin

Araşdırmalar aparılır.

Şəkidə polis geyimində qadın tutulub.

Aia.az xəbər verir ki, bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində polis baş leytenantı geyimində bir qadını şübhəli şəxs qismində saxlayıblar.

Araşdırmalar zamanı onun polis əməkdaşı olmadığı məlum olub. Bakı şəhər sakini olan, 1998-ci il təvəllüdlü Sahilə İbrahimxəlil qızı Əfəndiyevanın polis geyimindən hansı məqsədlə istifadə etdiyi araşdırılır.
Geri dön