Ana Sayfa > Ölkə > İki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - Foto

İki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - Foto


24-06-2021, 16:00. Yazar: sevinc1
İki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - Foto

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan Bakı Bus MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

AİA.Az
Geri dön