Ana Sayfa > İqtisadiyyat > “Daşkəsən Dəmir Filiz” MMC ilə ADNSU təhsil və elmi-texniki sahələrdə əməkdaşlıq edəcək

“Daşkəsən Dəmir Filiz” MMC ilə ADNSU təhsil və elmi-texniki sahələrdə əməkdaşlıq edəcək


24-06-2021, 14:47. Yazar: admen
“Daşkəsən Dəmir Filiz” MMC ilə ADNSU təhsil və elmi-texniki sahələrdə əməkdaşlıq edəcək


İyunun 23-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.

QSC-dən Aia.az-a verilən məlumata görə, müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.

Əməkdaşlıq sənədi ölkə ərazisində qara metal yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində aparılan bir sıra tədbirlərin yerinə yetirilməsində məhsuldar tərəfdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyır.

Müqaviləyə əsasən, universitetdə dağ-mədən mühəndisliyi, geologiya, informasiya texnologiyaları sahələrinə uyğun ixtisaslar üzrə təhsilalanlar “Daşkəsən Dəmir Filiz” MMC-nin istehsalat bazasında təcrübəyə cəlb ediləcək, ali təhsil ocağının elmi-texniki heyətinin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqat aparmaq üçün lazımi şərait yaradılacaq. Bununla yanaşı, şirkətin sifarişi əsasında universitet tərəfindən müvafiq ixtisaslarda yüksək bilik və bacarıqlı kadrların hazırlanması, tələbə və gənc elmi-texniki mütəxəssislərin fəaliyyətinin stimullaşdırması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, universitetin analitik laboratoriya xidmətlərindən və maddi-texniki bazasından istifadə etmək üçün şəraitin yaradılması da nəzərdə tutulub.
Geri dön