Ana Sayfa > İdman > Pərviz Abdullayev bu dəfə İstanbulda döyüşəcək

Pərviz Abdullayev bu dəfə İstanbulda döyüşəcək


23-06-2021, 16:32. Yazar: admen
Pərviz Abdullayev bu dəfə İstanbulda döyüşəcək

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

Aia.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq "Akın döyüş arenası" turnirində qüvvəsini sınayacaq.

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi"ndə baş tutacaq.

Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.


Geri dön