Ana Sayfa > Manşet > Əli Abbasovdan giley

Əli Abbasovdan giley


26-04-2016, 14:09. Yazar: admin


Aia.az faktinfo.az-a istinadən bildirir ki, Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov mətbuatdan, o cümlədən, ona həmişə “diplom” təqdim edən media təşkilatlarından gileylənib. Elm adamı olan tanışlarından biri ilə söhbətində sabiq nazir bildirib ki, ilin hər rübündə diplom təqdim edən şəxslər indi nəinki onunla əlaqə saxlayır, əksinə onu gördükdə üzlərini yana çevirirlər. Belə hallar da ona pis təsir edir.Ə.Abbasov qeyd edib ki, nazir oldugu illərdə ona “diplom” təqdim edənlərlə geniş ikitərəfli əlaqələri olub, həmin şəxslər ondan lazımi şəkildə istifadə ediblər.

Məlumatı dəqiqləşdirmək üçün sabiq nazirlə əlaqə yaratmaq istədik, amma mümkün olmadı.


Aia.az
Geri dön