Ana Sayfa > Şou-biznes / Manşet > “Avropa qrupunda etibar problemi mövcuddur”.

“Avropa qrupunda etibar problemi mövcuddur”.


20-06-2015, 11:05. Yazar: admin



Lüksemburqda Yunanıstanın borc böhranı ilə əlaqədar Avropa qrupunun iclası nəticəsiz başa çatıb. Maliyyə nazirləri kompromisə gedə bilməyiblər.

Aia.az oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi Brüsseldə “yunan məsələsi”ni Avropa ölkələrinin liderləri müzakirə edəcək.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristian Laqardın sözlərinə görə, BVF, Aİ və Avropa Mərkəzi Bankı Yunanıstana təqdim edilən tələbləri mümkün qədər yüngülləşdirərək bir sıra təkliflər hazırlayıblar.

“Mənim fikrimcə əsas məsələ normal dialoqu bərpa etməkdir”, - Laqard vurğulayıb.

Yunanıstanın maliyyə naziri Yanis Varufakis iddia edir ki, Afina kreditorlar ilə razılaşmanın əldə edilməsinə istiqamətlənib, amma bu razılaşma ölkədə real tələbatlara müvafiq olmalıdır.

“Boz büdcə çatışmazlığını avtomatik məhdudlaşdıran mexanizmi yaratmağı təklif etdik. Bu maliyyə şurasının növbəti bir neçə həftə və ya ay ərzində yunan büdcəsinin ilkin çatışmazlığa qərq olacağının yüksək ehtimalını göstərəcəyi halda, o, parlamentdə məsləhətləşməsiz belə aktivləşdirilə bilər”, - Yunanıstanın maliyyə naziri bildirib.

Varufakis qeyd edib ki, yunan hakimiyyəti tərəfdaşları “sürətli və səmərəli” danışıqlara çağırıb. “Vaxt çox deyil, amma razılaşma əldə etmək üçün yetərlidir”, - nazir hesab edir.

“Yunan məsələsinin müzakirəsi cəmi bir saat sürüb və həddən artıq mürəkkəb atmosferdə keçib. Avropa zonanın heç bir maliyyə naziri yunan nazirinin təklifini şərh etmək istəməyib. İndi bütün nəzərlər Avropa zonasının bazar ertəsi keçiriləcək sammitinə yönəlib, Yunanıstanda isə xərclər ətrafında müzakirələr getdikcə kəskinləşir” - Lüksemburqdan “Euronews”un müxbiri Efi Kutsokosto xəbər verib.
Geri dön