Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal qəzaya uğrayıb - FOTO

“Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal qəzaya uğrayıb - FOTO


18-06-2015, 11:23. Yazar: admin

Oyunçunun məhkəməsi ertəsi gün baş tutacaq.

“Yuventus”un yarımmüdafiəçisi sərxoş halda qəza törədib.

Aia.az Oxu.Az-a istinad xəbər verir ki, hadisə Santyaqodan 25 km uzaqlıqda şossedə baş verib, burada hal-hazırda Çili komandasının bazası yerləşir.

Vidalın qırmızı “Ferrari”si iki avtomobil ilə toqquşaraq yoldan çıxıb.

Təhlükəsizlik yastıqlarının açılması nəticəsində Vidal və onun həyat yoldaşı ciddi zədələr almasalar da xəstəxanaya çatdırılıblar. Baxışdan sonra həkimlər xanımı xəstəxanada saxlayıblar, futbolçu isə polis idarəsinə gedib, belə ki, alkoqol yoxlamasının nəticəsi müsbət olub.

Vidalın sözlərinə görə, baş verən hadisənin günahkarı o deyil. Oyunçunun məhkəməsi ertəsi gün baş tutacaq.

Qəza Amerika kuboku uğrunda gedən mübarizədə Boliviya ilə matç öncəsi Çili futbolçularına verilmiş istirahət günündə baş verib, matç iyunun 20-də baş tutacaq.





Geri dön