Ana Sayfa > Gündəm > İqbal Əliyev: “Şuşa Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir”
İqbal Əliyev: “Şuşa Müttəfiqlik Bəyannaməsi Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir”23-06-2021, 09:00. Yazar: sevinc1 |
“Qars müqaviləsindən düz 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm siyasi, həm də tarixi baxımdan olduqca böyük əhəmiyyət, önəm kəsb edir. Bu sənəd hər iki ölkənin maraqlarının qorunması və imkanların birləşdirilməsi və regionda sülhün qorunması istiqamətində atılan çox ciddi bir addım kimi dəyərləndirilməlidir.” Bu sözləri Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının üzvü İqbal Əliyev deyib. Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsi təkcə qardaş ölkələr olan Azərbaycan və Türkiyə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir: “Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər öznün ən yüksək səviyyəsinə, strateji müttəfiqlik səviyyəsinə çatıb. Artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasını nəzərdə tutur.Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”ifadəsi bu Bəyannamənin imzalanması ilə bir daha öz təsdiqini tapdı. Ən başlıcası da Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir.” Daha sonra İqbal Əliyev belə bir məqamı da qeyd edib ki, Şuşa Bəyannaməsində Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqeylərini daha da gücləndirir: “Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu məqamdır ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Bundan sonra Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısı olacaq.” Həmçinin İqbal Əliyev Türkiyənin işğaldan azad olunmuş ərazilərdə gedən bərpa-quruculuq işlərində aparıcı rol oynayacağına əmin olduğunu bildirib. Müsahibimiz deyib ki, Şuşa şəhərində qardaş ölkənin baş konsulluğunun açılması da məhz bu məsələ ilə əlaqəli olması baxımından vacib bir məqamdır: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib və bu gün işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi bütün digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında Diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir. Bu baxımdan Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar böyük əhəmiyyət kəsb edir. Lakin bu qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri də nəzərdə tutur. Belə ki,bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur Həm də bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Heç şübhəsiz Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bundan sonra daha böyük rol oynayacağından xəbər verir”. AİA.Az Geri dön |