Ana Sayfa > Ölkə > Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini
Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini23-06-2021, 13:04. Yazar: sevinc1 |
![]() İşğaldan azad edilən ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi zəruridir. Bu məqsədlə 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Bunu Ağdamda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, stansiyaların quraşdırılacağı yerlər də təqribən müəyyən olunub: “İşğaldan azad olunan ərazilərdə 13 iri çay və 9 su anbarı var. Bununla yanaşı reliyefə uyğun olaraq yeni su anbarlarının tikintisi ilə bağlı təkliflər var. Bu rəkliflər öyrəniləcək və ölkə rəhbərliyinə təqdim olunacaq. Bilirsiniz ki, mənfur düşmən bütün əraziləri minalayıb və bu, ciddi təhlükə mənbəyidir. Təəssüflər olsun ki, bizim hərbçilərimiz, vətəndaşlarımız mina partlayışları nəticəsində həlak olurlar, yaralanırlar. Minalar təmziləndikcə su təsərrüfatı obyektlərinin də təmir-bərpa işlərinə başlanılacaq”. AİA.Az Geri dön |