Ana Sayfa > Gündəm / Seçilənlər-6 > Rusiya torpaqların qaytarılması üçün Ermənistana təzyiq edir

Rusiya torpaqların qaytarılması üçün Ermənistana təzyiq edir


26-04-2016, 14:06. Yazar: admin



"Belə görünür ki, Rusiya 5 rayonu Azərbaycana qaytarması üçün Ermənistana təzyiq edir. Sarkisyan daxildə etirazların başlayacağından və sonda hakimiyyətini itirəcəyindən qorxaraq buna müqavimət göstərir".

Aia.az-in məlumatına görə, bunu politoloq Şahin Cəfərli söyləyib. Onun sözlərinə görə, Sarkisyanın müqavimət göstərdiyi məsələ bizim xeyrimizə olmalıdır, lakin bu, şübhəlidir: "Çünki rayonların qeyd-şərtsiz qaytarılmasından söhbət getmir və Azərbaycan daha əvvəl bu tip şərtli təklifləri qəbul etməyib".

Politoloq hesab edir ki, sonda ermənilərin xeyrinə bitəcək bir proses gedirsə, erməni tərəfi narahat olmamalıldır. Lakin məsələ burasındadır ki, sülh prosesində Azərbaycandan fərqli olaraq, erməni tərəfinin güzəştləri gözlə görünən olacaq:

"Yəni, Azərbaycan tutaq ki, masada, kağız üzərində güzəştə gedəcəksə, Ermənistan masadakı anlaşmadan sonra konkret addımlar da ataraq öz ordusunu, hərbi texnikasını böyük ərazilərdən çıxarmalıdır. Masadakı sülh planının siyasi detalları hətta ermənilərin xeyrinə olsa belə, bunu cəmiyyətə izah etmək və rayonların boşaldılmasını əsaslandırmaq, qələbə kmi təqdim etmək Sarkisyan üçün çox çətin olacaq və onun siyasi rəqibləri də bundan yararlanacaq".

Ş.Cəfərli əlavə edib ki, Sarkisyan indi şahmatdakı suqsvanqa bənzər vəziyyətdədir. İstənilən gediş onun durumunu çətinləşdirə bilər.

Aia.az
Geri dön