Ana Sayfa > İdman > Cüdoçularımızdan ilk - Olimpiadaya 9 lisenziya
Cüdoçularımızdan ilk - Olimpiadaya 9 lisenziya23-06-2021, 09:57. Yazar: sevinc1 |
Beynəlxalq Cüdo Federasiyası Tokio-2020 üçün son Olimpiya reytinqlərini dərc edib. Reytinqdə yarışa qatılacaq Azərbaycan idmançılarının da siyahısı yer alıb. Belə ki, ölkəmizi Yaponiyada 9 cüdoçu təmsil edəcək. Bu Azərbaycan cüdo tarixində ilkdir. İndiyə qədər heç bir Olimpiadada 9 cüdoçumuz mübarizə aparmayıb. Bunlardan 7-si kişi, 2-si qadın idmançıdır. Bununla həm də Olimpiadaya lisenziya qazanan idmançılarımızın sayı 39-a yüksəlib. Cüdoçuların siyahısı isə aşağıdakı kimidir: Kişilər Kəramət Hüseynov (60 kq) Orxan Səfərov (66 kq) Rüstəm Orucov (73 kq) Murad Fətiyev (81 kq) Məmmədəli Mehdiyev (90 kq) Zelim Kotsoyev (100 kq) Uşanqi Kakauri (+100 kq) Qadınlar Aişə Qurbanlı (48 kq) İrina Kindzerska (+78 kq) AİA.Az Geri dön |