Ana Sayfa > Seçki 2024 > YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib

YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib


22-06-2021, 10:43. Yazar: admen
YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Göygöl Suvarma Sistemlər İdarəsi ərazi ilk partiya təşkilatında YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək ” mövzusunda tədbir keçirilib.

 YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov bildirib ki, 15 iyun 2021-ci il tarixində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində xüsusi rola malik olacaq. Onun sözlərinə görə, hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı ölkəmizin iqtisadiyyatının güclənməsinə, təhlükəsizliyinə qorunmasına mühüm töhfə verəcək.

 YAP Göygöl rayon təşkilatının Göygöl Suvarma Sistemlər İdarəsi ərazi ilk partiya təşkilatınnin sədri İlqar Məhərrəmov çıxışında qeyd edib ki, Şuşa Bəyannaməsində üçüncü ölkə tərəfindən Azərbaycan və Türkiyənin müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə bir-birini dəstəkləmək öhdəliyi öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir: “Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”. 
Daha sonra çıxış edən, YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, YAP fəalları Lalə Ələkbərova və Siyasət Cabbarova Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi dəyərləndiriblər. Çıxış edənlər deyiblər ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar yaydıqları bəyanat da təqdirəlayiqdir.

AİA.Az
Geri dön