Ana Sayfa > Ölkə > MMC işçisi krandan yıxılaraq ölüb
MMC işçisi krandan yıxılaraq ölüb21-06-2021, 12:54. Yazar: sevinc1 |
![]() İyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. AİA.Az Geri dön |