Ana Sayfa > Dünya > Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər
Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər21-06-2021, 12:21. Yazar: sevinc1 |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da müzakirə aparacaqlar. AİA.Az-ın TASS-a istinadən məlumatına görə, danışıqlar ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahədəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək. S.Lavrov və H.Şmid eyni zamanda aktual ümumavropa problemləri, ATƏT-in cari fəaliyyəti və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını müzakirə etməyi planlaşdırırlar. Geri dön |