Ana Sayfa > Parlament > 15 yaşlı nişanlı qız özünü kanalda boğdu
15 yaşlı nişanlı qız özünü kanalda boğdu26-04-2016, 12:52. Yazar: admin |
Quba rayonunda itkin düşən 15 yaşlı qızın intihar etdiyi müəyyənləşib. Aia.az DİN-in saytına istinadən bildirir ki, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib. Onun meyidinin sudan çıxarılması üçün tədbirlər görülür. Xatırladaq ki, aprelin 19-da günorta saatlarında Quba rayon sakini, 2001-ci il təvəllüdlü Güldanə Tağıyeva orta məktəbdən çıxmış və geri qayıtmamışdı. G.Tağıyevanın nişanlı olduğu bildirilir. Geri dön |