Ana Sayfa > Media > Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib - Mübariz Qurbanlı

Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib - Mübariz Qurbanlı


21-06-2021, 11:44. Yazar: sevinc1
Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib - Mübariz Qurbanlı

İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, kilsələrin, Qafqaz Albaniyasına aid məbədlər və digər dini abidələrin bərpa olunması istiqamətində ciddi işlər həyata keçirilir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, işğalçı ermənilər həmin ərazilərdə bütün dini abidələri məhv ediblər: “Bu, böyük bir vandallıqdır. Ermənilər məscidlərlə yanaşı kilsələri də dağıdıblar. Pravoslav kilsələri ya dağıdılıb, ya da erməni kilsəsinə çevirməyə cəhd edilib”.

AİA.Az
Geri dön