Ana Sayfa > Karusel / Gündəm > Köçəryandan ilk açıqlama: Nəticələri hələ qəbul etmirik!

Köçəryandan ilk açıqlama: Nəticələri hələ qəbul etmirik!


21-06-2021, 09:36. Yazar: sevinc1
Köçəryandan ilk açıqlama: Nəticələri hələ qəbul etmirik!

Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku bəyanat yayıb.

AİA.Az axar.az-a istinadən xəbər verir ki, bəyanatda növbədənkənar parlament seçkilərinin nəticəsini "hələ ki" qəbul etməyə hazırlaşmadıqları bildirilib.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etibar yaratmır.

"Müxalifətin çoxsaylı mitinqi və hakimiyyətin gözlə görünən azsaylı tədbiri, ölkədəki etibar krizisi başqa ovqatdan xəbər verir. Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir", - bəyanatda bildirilib.

"Ermənistan" bloku qeydə alınan qanunsuzluqları araşdıracağını və bu sualların cavabı tapılmayana qədər seçki nəticələrini tanımayacağını elan edib.


Geri dön