Ana Sayfa > Gündəm > YAP Göygöl rayon təşkilatı "Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib
YAP Göygöl rayon təşkilatı "Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir" mövzusunda tədbir keçirib21-06-2021, 08:39. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Gəncə Radio- Televizya Yayım filialı ərazi ilk partiya təşkilatında YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir” mövzusunda tədbir keçirilib. YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov tədbirdə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi olduğunu bildirib. Z.Hüseynovun sözlərinə görə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı İkinci Qarabağ müharibəsində bir daha ən yüksək səviyyədə öz təsdiqini tapıb: “Qardaş Türkiyə Azərbaycana Vətən müharibəsində güclü və qətiyyətli mənəvi-siyasi dəstək verməklə Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsinin tarixi, milli və siyasi əsaslara söykəndiyini növbəti dəfə əməli surətdə sübuta yetirib. Budur, müharibədən sonra da bütün dünya iki dövlətin sarsılmaz həmrəyliyinə və birliyinə şahidlik edir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada hər iki ölkə başçısının səsləndirdiyi fikirlər də bu reallığın bariz nümunəsidir”. YAP Göygöl rayon təşkilatının Göygöl Dövlər Gəncə Radio-Televizya Yayım filialı ərazi ilk partiya təşkilatınnin sədri Becan Əliyev çıxış edərək bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığının inkişafını özündə ehtiva edir: “Beynəlxalq müstəvidə birgə fəaliyyət, siyasi, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, diaspor, eləcə də enerji və nəqliyyat sahəsində sıx əməkdaşlıq bəhs olunan Bəyannamədə öz əksini tapıb. Ən önəmli məsələ isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid və ya təcavüz edildiyi təqdirdə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili il əlaqədar məsələnin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində yer almasıdır. Bu, Azərbaycan və Türkiyənin yeni mərhələdə də hərbi-siyasi təhlükəsizlik sahəsində birlikdə fəaliyyət göstərəcəyini, ortaq milli maraqlar əsasında hərəkət edəcəyini göstərir”. Daha sonra çıxış edən Gəncə Radio-Televizya Yayım filialının rəisi Fərid Yusifov, YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, fəal YAP üzvvləri Elməddin Əhmədov və İlham Əhmədov Azərbaycanla Türkiyənin bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərdiklərini qeyd ediblər. vurğulanıb ki, bu reallıqlar iki dövlətin bundan sonra da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətlərinin uğurla inkişaf edəcəyini deməyə əsas verir. Geri dön |