Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirus infarkt yaradır - Rus həkim

Koronavirus infarkt yaradır - Rus həkim


21-06-2021, 08:18. Yazar: sevinc1
Koronavirus infarkt yaradır - Rus həkim

Koronavirus infeksiyası daha aqressiv və gözlənilməz davranmağa başlayıb.

Bunu rusiyalı həkim Svetlana Malinovskaya deyib.

O bildirib ki, virusun insanlar üzərində təsirlərini izləyir və qanda sözün əsl mənasında nə qədər inanılmaz sürətlə dəyişdiyini görürlər:

"Trombositlərin sayı artır, insanda dərhal damar trombozu olur. Bu zaman infarkt baş verir".

Onun sözlərinə görə, yeni xəstələrlə müalicə rejimi daim dəyişdirilməli və vəziyyət araşdırılmalıdır: "Çünki köhnə alqoritmlər artıq işləmir"

Həkim peyvəndlərin Hindistan ştammı da daxil olmaqla, mutasiya olunmuş koronavirus növlərinə qarşı təsirli olduğunu vurğulayıb.

AİA.Az
Geri dön