Ana Sayfa > Ölkə > Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti

Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti


18-06-2021, 12:32. Yazar: sevinc1
Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti


18 İyun 2021-ci tarixində YAP Samux rayon təşkilatında “Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti ” mövzusunda onlayn konfrans keçirildi. Konfransı giriş sözü il açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı. Natiq, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik haqqında imzalanan Şuşa bəyannaməsinin iki qardaş dövlətin münasibətlərinin yeni mərhələnin başlanğıcı hesab edilməsini diqqətə çatdırdı. Bəyannamənin Qarabağın gözü olan Şuşa şəhərində imzalanmasının xüsusi məna və əhəmiyyət kəsb etdiyini vurğuladı. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars müqaviləsindən 100 il sonra Türkiyənin növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildiyini qeyd etdi.



Sonra YAP Samux rayon təşkilatının aparat rəhbəri Sevinc Xəlilova “Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti” mövzusunda geniş şəkildə məruzə ilə çıxış etdi. 15 İyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsinin tarixi bir sənəd olduğunu diqqətə çatdırdı. Bu tarixi sənədin iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunun və çəkisinin daha da artırılacağından geniş söhbət açdı.



Konfransda YAP üzvləri Kəmalə Xəlilova, Şəlalə Tağıyeva, Günel Əhmədova, Sevil Vəkilova, Musa Əsədov, Mahirə Məmmədova məruzə ətrafında çıxış edərək 2021-ci il iyunun 15-də tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olmasından danışdılar. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamənin iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırdığını diqqətə çatdırdılar

aia.az
Geri dön