Ana Sayfa > Dünya > Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu
Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu18-06-2021, 12:31. Yazar: sevinc1 |
Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyət qoyulub. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib. O bildirib ki, bu gündən etibarən əyləncə tədbirlərinə mindən çox şəxsin toplanması qadağan ediləcək. Bundan başqa, şəhər ərazisində uşaq meydançaları və parklar da bağlı qalacaq. S.Sobyanın paytaxtda karantin tədbirlərinin iyunun 29-a kimi davam edəcəyini bildirib. Qeyd edək ki, Rusiyada son sutkada 14 mindən çox yeni yoluxma qeydə alınıb. Moskva şəhərində ötən gün 6 mindən çox şəxs koronavirusa yoluxub. AIA.Az Geri dön |