Ana Sayfa > İqtisadiyyat > Yunanıstan şirkətinə xəbərdarlıq edildi: Azərbaycan qazının daşınması gecikməməlidir!

Yunanıstan şirkətinə xəbərdarlıq edildi: Azərbaycan qazının daşınması gecikməməlidir!


18-06-2021, 12:18. Yazar: sevinc1
Yunanıstan şirkətinə xəbərdarlıq edildi: Azərbaycan qazının daşınması gecikməməlidir!

Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə podratçı müəssisə olan Yunanıstanın J&P AVAX şirkətinə xəbərdarlıq məktubu göndərib.

Bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov deyib.

O bildirib ki, tikintinin başa çatması ilə bağlı razılaşdırılmış müddətə əməl olunmayacağı təqdirdə cərimə tətbiq olunacaq:

"Bunun baş verəcəyi təqdirdə Bolqarıstan tərəfi ləngimənin hər bir günü üçün 90 min avro məbləğində cərimənin tətbiq olunmasına başlayacaq. Bu xəbərdarlığın qeyd olunduğu məktub J&P AVAX şirkətinə göndərilib".

Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru tikinti mərhələsindədir və tikintinin 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır.

AIA.Az


Geri dön