Ana Sayfa > Gündəm > Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur
Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur17-06-2021, 17:17. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19-dan ölən yoxdur. İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1 189 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, ötən müddət ərzində isə ümumilikdə 3 653 074 test aparılıb. aia.az Geri dön |