Ana Sayfa > İqtisadiyyat > "Cənub Qaz Dəhlizi" tək tədarükçüdən asılılığı azaltmağa kömək etdi - ABŞ Dövlət Departamenti
"Cənub Qaz Dəhlizi" tək tədarükçüdən asılılığı azaltmağa kömək etdi - ABŞ Dövlət Departamenti17-06-2021, 13:47. Yazar: sevinc1 |
Azərbaycan qazını Avropaya nəql edən "Cənub Qaz Dəhlizi" enerji ehtiyatlarının tək tədarükçüsündən asılılığı azaltmağa kömək etdi. Bunu ABŞ Dövlət Departamentindən bildiriblər. Qeyd olunub ki, ABŞ hökuməti tədarükçülərin, marşrutların və yanacaq növlərinin şaxələndirilməsi hesabına Avropanın enerji təhlükəsizliyinin strateji və iqtisadi əhəmiyyətini vurğulayır: "Bu, bizim avropalı tərəfdaşlar və müttəfiqlərlə bölüşdüyümüz məqsəddir. "Cənub Qaz Dəhlizi" Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstanın enerji təhlükəsizliyini artırmağa və tək enerji ehtiyatları tədarükçüsündən asılılığı azaltmağa imkan verdi". AİA.Az Geri dön |