Ana Sayfa > Media > Şəhidin ad günü məzarı yanında qeyd olunub

Şəhidin ad günü məzarı yanında qeyd olunub


17-06-2021, 12:20. Yazar: sevinc1
Şəhidin ad günü məzarı yanında qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göygöl rayonunun Sarısu kəndindən olan Həsən Bəhrəm oğlu Bayramovun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub. Mərasimdə Göygöl rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Balayev , Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov , məsləhətçilər Cavid Əsgərzadə və Aygün Həsanova , şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər. İştirakçılar Həsən Bayramovun məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Həsən Bayramov yaşasaydı 29 yaşını qeyd edəcəkdi.

Anım mərasimində Həsən Bayramovun həyat yolundan danışılıb, 2020-ci il noyabrın 27-də Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid atası Bəhrəm Bayramov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

17.06.2021-ci il

aia.az
Geri dön