Ana Sayfa > Manşet > Con Kerri prezidentlərə niyə zəng edib?

Con Kerri prezidentlərə niyə zəng edib?


26-04-2016, 11:21. Yazar: admin
Con Kerri prezidentlərə niyə zəng edib?




ABŞ dövlət katibi Con Kerri bu gün Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib, İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıb.

aia.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Kerrinin telefon zəngi gecikib, rusiyalı rəsmilər az qala Bakı və İrəvanda yatıb qalxırlar, amerikalı rəsmilərin isə indi yadlarına düşüb ki, hərdən Cənubi Qafqazla da maraqlanmaq lazımdır:

“Barak Obama üçün Cənubi Qafqaz ümumiyyətlə aktual deyil. Kerrinin də zənginin yeganə mənası budur ki, sanki ruslara deyir ki, “buralarda bizdə varıq”. Bir azdan Parisdən də zənglərin sayı artacaq. Danışıqlarda nəticə olmasa da, hər halda amerikalı və fransalı rəsmilərin və diplomatların telefon zənglərindən və bölgəyə gələcək səfərlərindən yararlanmaq lazımdır, əsas odur ki, rusların təkbaşına vasitəçilik təşəbbüslarinin qarşısı mümkün qədər əngəllənsi

aia.az
Geri dön