Ana Sayfa > İqtisadiyyat > Avstriya bankı Azərbaycanda bərpa olunan enerji layihələrinə vəsait ayıra bilər
Avstriya bankı Azərbaycanda bərpa olunan enerji layihələrinə vəsait ayıra bilər17-06-2021, 11:40. Yazar: sevinc1 |
Avstriyanın "Raiffeisen Bank"ı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər. Bu barədə bankdan bildiriblər. Qeyd olunub ki, hazırda bank maliyyə müəssisələri ilə əməkdaşlığa diqqətini yönəldib: "Bununla əlaqədar olaraq "Raiffeisen Bank" bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli perspektivdə layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər". Bankdan bildiriblər ki, hazırda ən vacib məsələ biznesdə normativlərin təmin olunmasıdır: "Bank bu normativləri tənzimləyici orqanlar tərəfindən uyğunluq və keyfiyyət tələbləri ilə əlaqədar yaradır. Bizim məqsədimiz uyğunluq baxımından Azərbaycanın ən yaxşı maliyyə müəssisələri ilə işləməkdir". AİA.Az Geri dön |