Ana Sayfa > Seçki 2024 > Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb


17-06-2021, 11:38. Yazar: sevinc1
Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, rayon ərazisində hərəkət edən “VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Avtomobilin hərəkəti dayandırılıb və A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

AİA.Az

Geri dön