Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Zakir Həsənov müharibədən danışdı - "Səbrimiz tükəndi..."
Zakir Həsənov müharibədən danışdı - "Səbrimiz tükəndi..."15-07-2015, 14:40. Yazar: admin |
Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 15-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb. Ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda, Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib. Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib. Geri dön |