Ana Sayfa > İdman > AVRO-2020: Niderland Avstriya ilə, Ukrayna Şimali Makedoniya ilə oynayacaq

AVRO-2020: Niderland Avstriya ilə, Ukrayna Şimali Makedoniya ilə oynayacaq


17-06-2021, 08:29. Yazar: sevinc1
AVRO-2020: Niderland Avstriya ilə, Ukrayna Şimali Makedoniya ilə oynayacaq

AVRO-2020-nin qrup mərhələsi davam edir.

AİA.Az apasport.az-a istinadən bildirir ki, bu gün daha üç oyun keçiriləcək.

Çempionatın favoritlərindən sayılan Belçika B qrupunda Danimarka ilə qarşılaşacaq. İlk oyunda gözlənilmədən Finlandiyaya uduzan sonuncular doğma divarlar arasında ilk xallarını qazanmağa çalışacaq. Belçika isə meydana ikinci qələbə üçün çıxacaq.

Digər iki matç C qrupunda təşkil olunacaq. Çempionata məğlubiyyətlə başlayan Ukrayna və Şimali Makedoniya üz-üzə gələcək. Rəqiblər 1/8 final şansını çətinə salmamaq üçün 3 xal uğrunda mübarizə aparacaq.

İlk turda qələbəni üç qolla qazanan Niderland və Avstriya vahid liderlik uğrunda mübarizə aparacaq. Bu görüşdə qələbə qazanan komanda digər matçın nəticəsindən asılı olaraq adını 1/8 finala yazdıra bilər.

Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.

AVRO-2020
II tur, 17 iyun

C qrupu
17:00. Ukrayna - Şimali Makedoniya
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. "Nasional" stadionu

B qrupu
20:00. Danimarka - Belçika
Baş hakim: Byorn Kuypers (Niderland)
Geri dön