Ana Sayfa > Seçki 2024 > Hövsan, Şıx və Türkan çimərliklərindən istifadə qadağan olunub

Hövsan, Şıx və Türkan çimərliklərindən istifadə qadağan olunub


17-06-2021, 07:54. Yazar: sevinc1
Hövsan, Şıx və Türkan çimərliklərindən istifadə qadağan olunub

Vətəndaşların Abşeron yarımadasında, Xəzər və Binəqədi rayonlarının ərazisində olan çimərliklərdən istifadəsi məqsədəuyğundur.

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Çimərliklər” mövzusundakı çıxışı zamanı bildirib.

Nazirlik rəsmisinin məlumatına əsasən, Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılması dənizinin çirklənməsinə səbəb olur: “Məsələn, Qaradağ rayonunda Sahil zonası, Hövsan, Şıx və Türkan çimərliklərindən götürülən bakterioloji nümunələr standartlara uyğun gəlməyib. Beləliklə, baş dövlət sanitariya həkiminin qərarına əsasən, bu çimərliklərdən istifadə qadağan olunub”.

Ziyəddin Kazımov xatırladıb ki, vətəndaşların çimərliklərdə koronavirus infeksiyasından qorunmaları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci ildə qəbul etdiyi qaydalar hələ də qüvvədədir: “Çimərlikdə olan zaman vətəndaşlar sosial məsafənin qorunmasına, dezinfeksiyaedici məhlullardan istifadəyə riayət etməlidirlər. Qadağan olunmuş çimərliklərdən istifadə zamanı kəskin mədə-bağırsaq xəstəliklərinin yayılması istisna edilmir. Ümumiyyətlə, dəniz suyunda bağırsaq çöplərinin çox olması bizi narahat edən səbəblərdəndir”.

AİA.Az
Geri dön