Ana Sayfa > Ölkə > Elçin Həsənzadə: “Şuşa Bəyannaməsində yer almış Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa tarixi Qələbəmizin ən parlaq təzahürlərindən biridir”

Elçin Həsənzadə: “Şuşa Bəyannaməsində yer almış Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa tarixi Qələbəmizin ən parlaq təzahürlərindən biridir”


16-06-2021, 10:00. Yazar: sevinc1
Elçin Həsənzadə: “Şuşa Bəyannaməsində yer almış Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa tarixi Qələbəmizin ən parlaq təzahürlərindən biridir”

“Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin, eləcə də strateji əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu münasibətlərin əlbəttə ki, tarixi kökləri vardır. Hələ XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin söylədiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları əslində Şuşa Bəyannaməsinin özəyini təşkil edən ideyanın mahiyyətində dururlar.”

Bu sözləri mətbuata verdiyi müsahibəsində 9 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadə deyib.

İlk növbədə Türkiyənin işğaldan azad olunmuş ərazilərdə gedən bərpa-quruculuq işlərində aparıcı rol oynayacağına əmin olduğunu deyən müsahibimiz bildirib ki, Şuşa şəhərində qardaş ölkənin baş konsulluğunun açılmasının həm də məhz bu məsələ ilə əlaqəli vacib bir məqamdır: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib və bu gün işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi bütün digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında Diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir. Bu baxımdan Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar böyük əhəmiyyət kəsb edir. Lakin bu qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri də nəzərdə tutur. Belə ki,bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur Həm də bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Heç şübhəsiz Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bundan sonra daha böyük rol oynayacağından xəbər verir”.
Müsahibimiz həmçinin qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və bu sənəddə əks olunan bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır: “Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Qeyd olunmalıdır ki, Şuşada imzalanmış Bəyannamə də tarixə əsaslanır. Bəyannamədə bir əsrlik tarixi olan Qars sazişinə istinadlar yer alıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir.”
Daha sonra Elçin Həsənzadə öz müsahibəsində belə bir məqamı da xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların daha bir təzahürüdür: “Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu sənəddə digər bir tarixi sənədə, yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer almasıdır. Son dərəcə önəmli bir məqamdır ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təxahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin ən parlaq təzahürlərindən biridir.”

AİA.Az
Geri dön