Ana Sayfa > Parlament > Bakıda vətəndaşı döyüb lentə alan "yutuber" həbs edildi
Bakıda vətəndaşı döyüb lentə alan "yutuber" həbs edildi16-06-2021, 09:26. Yazar: sevinc1 |
![]() Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq sosial şəbəkələrdə paylaşan "yutuber" Ruslan Quliyev həbs edilib. DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb: "Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib". Geri dön |