Ana Sayfa > Siyasət > Bəhram Yaqubov: “Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafınıa daima önəm verirdi”

Bəhram Yaqubov: “Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafınıa daima önəm verirdi”


15-06-2021, 11:00. Yazar: sevinc1
Bəhram Yaqubov: “Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafınıa daima önəm verirdi”

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında da ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Qədim suvarma əkinçiliyi ənənələrinə malik Azərbaycanda müasir meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahə əsasən ümummilli lider Heydər Əiyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə inkişaf edib. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdı.

Ulu öndər keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlayırdı. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sonradan kənd təsərrüfatında, xüsusi ilə də meliorasiya və su təsərrüfatında durğunluq yaranmış, bu sahə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi.


Xalqın tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ilk növbədə ölkəni vətəndaş müharibəsi girdabından çıxararaq, ölkəmizi parçalanmaq, Azərbaycanı suveren bir dövlət kimi yox olmaq təhlükəsindən qurtardı. Ölkədə siyasi-ictimai sabitliyə nail olundu. Bundan sonra Azərbaycanın yenidən dirçəlməsi üçün iqtisadi islahatlara start verildi. Digər sahələr kimi, meliorasiya və su təsərrüfatı da öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Mövcud meliorasiya potensialından səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir. Meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin və siyasətinin bəhrəsi olmuşdur.

Həmin dövrdə ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan meliorasiya və irriqasiyanı böhrandan çıxarmaq, xarici investorların bu sahəyə marağını artırmaq, onların konkret köməklik göstərmələrini təmin etmək məqsədilə meliorasiya və irriqasiya sahəsində bazar iqtisadiyyatına uyğun islahatların aparılmasına və müvafiq qanunvericilik bazasının yaradılmasına başlanıldı. 1996-cı ildə MDB ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul edildi. 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və bir sıra digər qanun və normativ hüquqi sənədlər işlənib hazırlandı. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” respublikada su münasibətlərinin tənzimlənməsi sahəsində yeni bir addım oldu. Meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin və siyasətinin bəhrəsi olmuşdur.


Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi islahatlar kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün digər sahələr kimi, möhtərəm dövlət başçımız ölkədə meliorasiya və su təsərrüfatının inkişafını də daim xüsusi diqqət mərkəzində saxlayır. Qeyd etmək lazımdır ki, son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb. Belə ki, sahənin maddi-texniki bazası gücləndirilib, 2000-dən artıq maşın və mexanizm alınıb, 2935 km.uzunluğunda suvarma kanallarının, 1768 km. uzunluğunda kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Habelə 185 min hektar sahədə suvarılan torpaqların su təminatı və 190 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 26 min hektardan çox yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə respublikanın əhalisi 622 min nəfərdən çox olan 32 rayonunun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 ədəd, eyni zamanda Nazirlər Kabinetinin Sərəncamı ilə 55 ədəd subartezian quyusu qazılıb və istismara verilib. Bununla da 4600 hektar sahə su ilə təmin olunub.

Bu gün artıq Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. O cümlədən həmin ərazilərdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində intensiv işlər görülür. Azərbaycan Respublikası Prezidentinin 31.05.2021-ci il tarixli “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən 1,4 milyon manat vəsait ayrılmışdır.

Təkcə son bir həftə ərzində müxtəlif rayonlarda meliorasiya və su təsərrüfatı sahəsində görülməsi nəzərdə tutulan işlərlə bağlı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən üç sərəncamın imzalanması möhtərəm dövlət başçımızın bu sahəni xüsusi diqqət mərkəzində saxladığının daha bir əyani sübutudur.


Bəhram Yaqubov,
Viləşçay Su Anbarı İstismar İdarəsinin mühəndisi,
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvü

Geri dön