Ana Sayfa > Gündəm > Azərbaycanda kombayn istehsal ediləcək
Azərbaycanda kombayn istehsal ediləcək15-06-2021, 19:39. Yazar: admen |
Bu ilin sonunda Rusiyanın "Rostselmaş" müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır. AiA.Az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir. Qeyd olunur ki, maşınlar "Azərmaş" zavodunda yığılacaq. "Rostselmaş"ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: "Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır". Geri dön |