Ana Sayfa > Cəmiyyət > Xaçmazda Milli Qurtuluş Günü qeyd olunub

Xaçmazda Milli Qurtuluş Günü qeyd olunub


15-06-2021, 15:47. Yazar: admen
Xaçmazda Milli Qurtuluş Günü qeyd olunub

Xaçmaz rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, RİH-in başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, təşkilat və müəssisələrin nümayəndələri Heydər Əliyev adına istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Bayram münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq havada rəsm sərgisi təşkil olunub. Sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini özündə əks etdirən fotostendlər,istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar nümayiş etdirilib.

Rəsm sərgisində Xaçmaz Heydər Əliyev mərkəzində fəaliyyət göstərən dərnəyin üzvləri və Uşaq İncəsənət Mərkəzinin yetirmələri, Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olan qəhrəmanlarımızı fırça üzərində canlandırıblar. Çəkilən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla izlənilib.

AİA.Az
Geri dön