Ana Sayfa > Gündəm > Müdafiə Nazirliyi cəbhədəki vəziyyət haqda - Açıqlama yaydı

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət haqda - Açıqlama yaydı


26-04-2016, 09:04. Yazar: admin
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət haqda - Açıqlama yaydı





Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisini atəşə tutub.

AIA.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, rayonun əsasən Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.
Geri dön