Ana Sayfa > Karusel / Ölkə > Sərnişinlərin NƏZƏRİNƏ:
Sərnişinlərin NƏZƏRİNƏ:15-06-2021, 10:58. Yazar: sevinc1 |
![]() Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir. Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə əsasən, aşağıdakı marşurut xətlərinin hərəkət istiqaməti sabahdan dəyişdiriləcək: 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək; 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək; 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək; 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək; 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək; 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək; 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək. aia.az Geri dön |