Ana Sayfa > Media > YAP Şəmkir rayon təşkilatında " Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib " mövzusunda onlayn tədbir keçirilib

YAP Şəmkir rayon təşkilatında " Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib " mövzusunda onlayn tədbir keçirilib


14-06-2021, 19:08. Yazar: sevinc1
YAP Şəmkir rayon təşkilatında " Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib " mövzusunda onlayn tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş " Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib " mövzusunda onlayn tədbir keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. F.Vəliyev bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir,.Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin siyasi fəaliyyətini hadisələrin xronoloji təhlili ilə diqqətə çatdıraraq qeyd etdilər ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan şanlı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.

Digər çıxış edənlər fikirlərini «Qurtuluş Azərbaycana nə verdi» sualı ətrafında ifadə edərək bildiriblər ki, bugünkü reallıqlarımız xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf yoluna çıxaran Heydər Əliyev siyasətinin təntənəsidir.

aia.az
Geri dön