Ana Sayfa > Siyasət > "AmCham" Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır -
"AmCham" Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır -14-06-2021, 13:51. Yazar: sevinc1 |
![]() Qarabağın bərpa prosesi yaxın illər ərzində ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) üçün əsas fəaliyyət istiqamətlərindən biridir. Bunu Trend-ə "AmCham"ın vitse-prezidenti və Direktorlar şurasının üzvü Nərgiz Nəsrullayeva-Müdüroğlu deyib. O bildirib ki, "AmCham" ölkənin inkişafında bilavasitə iştirak edən iri biznes assosiasiyalardan biridir. Onun sözlərinə görə, hazırda Qarabağ bölgəsinin bərpası və iqtisadi inkişafı üzrə ümumi plan hazırlıq mərhələsindədir: "Biz inanırıq ki, Azərbaycana xarici investisiyaların cəlb olunması azad edilmiş ərazilərin bərpası, regionda iqtisadi sabitlik və biznes mühitinin yaxşılaşması üçün həvəsləndirici amil olacaq". Geri dön |