Ana Sayfa > Manşet / Gündəm > Şəhid hərbi qulluqçuların yeni siyahısı açıqlanıb -

Şəhid hərbi qulluqçuların yeni siyahısı açıqlanıb -


14-06-2021, 13:43. Yazar: sevinc1
Şəhid hərbi qulluqçuların yeni siyahısı açıqlanıb -

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Şəhid hərbi qulluqçuların yeni siyahısı açıqlanıb
Geri dön