Ana Sayfa > Cəmiyyət > Nazir “Son zəng”i Tapqaraqoyunluda izlədi - FOTO - YENİLƏNİB

Nazir “Son zəng”i Tapqaraqoyunluda izlədi - FOTO - YENİLƏNİB


14-06-2021, 13:36. Yazar: sevinc1
Nazir “Son zəng”i Tapqaraqoyunluda izlədi - FOTO - YENİLƏNİB

13:12

Nazir özü də bu barədə paylaşım edib: "Bu gün "Son zəng"i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu məzun yetişdirən bu məktəbi daha 21 şagird bitirir. Məzunlarımız "Son zəng"i Qələbə sevinci ilə yola salırlar".

11:39

---------

Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda keçiriləcək "Son zəng" tədbirində iştirak edəcək.

E.Əmrullayev müharibə müddətində ən çox zərər çəkən məktəblərdən biri olan rayonun Tap Qaraqoyunlu kənd məktəbində keçiriləcək "Son zəng" tədbirinə qatılacaq.

Nazirliyin sözçüsü Cəsarət Valehov saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, tədbir saat 11-də başlayacaq.

AİA.Az


Geri dön