Ana Sayfa > Ölkə > Samux rayonunda 15 İyun Qurtuluş günü münasibətilə şahmat turniri keçirildi

Samux rayonunda 15 İyun Qurtuluş günü münasibətilə şahmat turniri keçirildi


14-06-2021, 13:20. Yazar: sevinc1
Samux rayonunda 15 İyun Qurtuluş günü münasibətilə şahmat turniri keçirildi


15 İyun Qurtuluş günü münasibətilə YAP Samux rayon təşkilatının və rayon Təhsil Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq 11 İyun 2021-ci il tarixdə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turniri keçirildi. Yarışlar onlayn qaydada təşkil edilmişdir.

14 İyun 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şahmat turnirin nəticələrinə görə məktəblilərə diplomlar təqdim etmişdir. Belə ki, A qrupunda I yeri Aytac Məmmədova, II yeri Sübhan Tağızadə,III yeri Xudu Əlizadə; B qrupunda I yeri Ömər İmamquliyev, II yeri Tariyel Əhmədov,III yeri İnci Əliyeva tutmuşdur. Şahmat turnirində fərqləndiyinə görə Rabil İmamquliyev, Can Əsədov, Səməndər Vəliyev və Elmir Qəhrəmanov da diplomlara layiq görülmüşlər.

aia.az


Geri dön