Ana Sayfa > Karusel / Təhsil > Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi -
Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi -14-06-2021, 11:58. Yazar: sevinc1 |
Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. aia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb. Nazir bildirib ki, 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. "Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - E.Əmrullayev qeyd edib. aia.az Geri dön |