Ana Sayfa > Siyasət > Ağdamda müsbətə doğru çox dəyişiklik var - Hikmət Hacıyev

Ağdamda müsbətə doğru çox dəyişiklik var - Hikmət Hacıyev


13-06-2021, 14:51. Yazar: admen
Ağdamda müsbətə doğru çox dəyişiklik var - Hikmət Hacıyev

İşğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfər təşkil olunur.

AiA.Az-ın məlumatına görə, bunu xarici diplomatik korpus nümayəndələri ilə Ağdamda səfərdə olan Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, azad olduqdan 6 ay keçməsinə baxmayaraq Ağdamda müsbətə doğru çox dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.

H.Hacıyev bildirib ki, Ağdam Qafqazın Xerosiması kimi tanınr: "Lakin Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməkdir".
Geri dön