Ana Sayfa > Gündəm > Ötən gün ölkədə 61 yanğın hadisəsi baş verib, 5 nəfər xilas edilib
Ötən gün ölkədə 61 yanğın hadisəsi baş verib, 5 nəfər xilas edilib13-06-2021, 14:03. Yazar: admen |
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış olub. Nazirliyin Mətbuat xidmətindən AiA.Az-a verilən məlumata görə, ötən gün 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub. Geri dön |