Ana Sayfa > Parlament > İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq
İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq12-06-2021, 18:45. Yazar: admen |
İki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayacaq. AiA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb hər iki şərhçinin - Konstantin Geniç və həmkarı Mixail Mossakovskinin bir neçə il əvvəl Azərbaycanın icazəsi olmadan o vaxt işğal altındakı Qarabağa səfər etməsidir. K. Geniç özü məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avro-2020 akkreditasiyası rəsmi Bakının təşəbbüsü ilə ləğv edilib. O, akkreditasiyasının ləğv edilməsi ilə bağlı UEFA-dan rəsmi məktub alıb: "UEFA-dan poçtuma qara və ağ rəngdə yazılmış bir məktub gəldi: testi keçmədiniz, Avro-2020 üçün akkreditasiya almağınız tövsiyə olunmadı. Akkreditasiya müraciətiniz rədd edilib. Bu, son qərardır". Məlum olub ki, Mixail Mossakovskinin də adı o vaxt işğal altındakı ərazilərə qanunsuz səfər edənlər sırasındadır, buna görə o da Azərbaycana buraxılmır. Xatırladaq ki, erməni jurnalist Nobel Arustamyan da AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. O da oyunlar ərəfəsində Azərbaycan paytaxtına gələ bilməyəcək. Geri dön |