Ana Sayfa > Seçki 2024 > Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir

Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir


11-06-2021, 18:08. Yazar: sevinc1
Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir


Təcavüzkar Ermənistan Azərbaycanın qədim yurd yeri, zəngin mədəniyyət məbədi sayılan Qarabağda zaman-zaman etnik təmizləmə siyasəti aparıb, xalqımızın əzəli torpaqlarını işğala məruz qoyub. Qəsbkar qonşularımız soyqırımı törətmiş, dinc, əliyalın insanlara qarşı amansızlıq nümayiş etdirmişlər. İşğal etdikləri torpaqlarımızdan nə xoşluqla çəkilmək istəyiblər, nə də beynəlxalq hüquqa məhəl qoyublar. Azərbaycan dövləti torpaqları işğala məruz qaldığı vaxtdan hər zaman faşist xislətli erməniləri sülhə, barışa dəvət edib. Ancaq heç zaman ermənilər mənfur niyyətlərindən əl çəkməyiblər. Hər bir səbrin isə həddi-hüdudu olur. Azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müqəddəs Vətən müharibəsinin Qələbə ilə başa çatması tarixi zərurət idi.Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayıb və hər zaman olduğu kimi, öz amalına qovuşub.

Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi qətiyyətli siyasət, güclü dövlət və ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Müzəffər Ordumuz Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdı. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı 44 günlük müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyev ordunun və xalqın həmrəyliyi ilə 10 noyabr 2020-ci il tarixdə həm siyasi, həm də müharibə meydanında qələbə çalaraq, Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Bəşəriyyətə haqqın, ədalətin var olduğunu sübut etdi. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı və xalqın özünə inamını qaytardı. Bu Qələbə eyni zamanda, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Unutmaq olmaz ki, düşmən Azərbaycan xalqına qarşı hər zaman nifrət bəsləyib. Çoxəsrlik tarixə malik Qarabağ ərazilərində kəndlərin, şəhərlərin, qəsəbələrin, yaşayış binalarının, məktəblərın, xəstəxanaların, tarixi abidələrin, məzarlıqların və məscidlərin məhv edilməsi bunu sübut edir. Faşizm ideologiyası ilə tərbiyələnən ermənilər Azərbaycanın tarixini, mədəni irsini silməyə çalışıblar.

Qarabağda bərpa-quruculuq işlərinin reallaşmasına mane olmaq üçün minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən ermənilər özlərinin insanlığa qarşı necə nifrət bəslədiklərinin daha sübut etdilər. Buna baxmayaraq, Azərbaycanın öz gücü və qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl izləri silindikcə, torpaq təmizlənir və əzəli simasına qayıdır. Sevindirici hal odur ki, Qarabağ torpaqlarının azad olunması, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən qalalar səltənətində, zirvələr kəhkəşanında təşkil edilməsi Qarabağa yeni nəfəs verdi. Qarabağın baş tacı olan Şuşa yenidən gerçək sahiblərini qoynuna alıb, füsünkar təbiət gözəllikləri ilə dünyaya açıldı.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir.

Zəhra Zeynalova,
YAP Göygöl rayon təşkilatının Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü lisey ərazi ilk partiya təşkilatının sədri
aia.az



Geri dön