Ana Sayfa > Ölkə > YAP Qazax rayon təşkilatı Gənclər Birliyi tərəfindən “Azərbaycan Xalqının Böyük Xilaskarı” mövzusunda videokonfrans keçirilİB

YAP Qazax rayon təşkilatı Gənclər Birliyi tərəfindən “Azərbaycan Xalqının Böyük Xilaskarı” mövzusunda videokonfrans keçirilİB


11-06-2021, 17:55. Yazar: sevinc1
YAP Qazax rayon təşkilatı Gənclər Birliyi tərəfindən “Azərbaycan Xalqının Böyük Xilaskarı” mövzusunda videokonfrans keçirilİB

YAP Qazax rayon təşkilatı Gənclər Birliyi tərəfindən 11 iyun 2021-ci il tarixdə Qurtuluş günü münasibətilə “Azərbaycan Xalqının Böyük Xilaskarı” mövzusunda videokonfrans keçirilmişdir

Videokonfransı YAP Qazax rayon təşkilatının Gənclər Birliyinin sədri Kənan Hüseynli açaraq qeyd etdi ki, biz gənclər hər birimiz dunayaya gözümüzü açandan, özümüzü derk etmeye başlayandan Azərbaycanı birlik halında, müasir, əzəmətli, qüdrətli bir dövlət kimi görmüşük. Lakin yaxın keçmişə nəzər salsaq bu müasir Dövlətimizin bizə necə çətinliklərlə əmanət olunduğunu görmüş olarıq. 1990-cı ilin əvvələrində Azərbaycanda olan hakimiyyətin səriştəsizliyi dövlətimizi vətəndaş müharibəsinin astanasına gətirib çıxarmışdı. Bir tərəfdən isə erməni silahlı birləşmələri müstəqil dövlətimizə qəsd etməkdə idi. O vaxtlar Azərbaycanın vəziyyətin gərgin olduğunu görən ziyalılar bütöv xalqın istəyi ilə Ulu Öndərə hakimiyyətə qayıtması üçün müraciət ünvanladı. Ulu Öndər Vətənini bu ağır dövrdə başsız qoymadı və bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərərək hakimiyyətə qayıtmaqdan imtina etmədi. 21 noyabr 1992-ci ildə YAP-nın təsis konfransı keçirildi və Ulu Öndər partiya sədri seçildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ardınca 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix Azərbaycan xalqının həyatının dönüm nöqtəsinə çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.

Ulu öndər gənclərə də xüsusi diqqət ayırdı onları bir araya topladı. Gənclərlə tarixi görüşlər keçirdi. Gənclər və İdman nazirliyini yaratdı. Partiyada Gənclər Birliyini təsis etdi. Təhsil sistemini , silahlı qüvəllərimizi yenidən qurdu. Ardınca gələn nəhəng layihələr, müqavilələr bugünki müasir Azərbaycanımızın təməlini qoydu.

Mən əminəm ki, Ulu öndərin ruhu şaddır. Çünki onun istədiyi kimi Azərbaycan xalqı birdir, güclüdür. Biz bu birlik nümunəsinə 44 günlük vətən
müharibəsi zamanı şahid olduq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimiz tarix yazdılar və torpaqlarımızı işğaldan azad etdilər. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə təcili şəfalar diləyirəm.

Videokonfransda Qazax rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Nəbiyev, Qazax Dövlət Sosial-İqtisadi kollecində tələbə gənclər təşkilatının sədri Elvira Efendiyeva, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Şəadət Abbasov çıxış edərək Ulu Öndərin tarixi, uzaqgörən siyasi addımlarından danışdılar.

aia.az






Geri dön