Ana Sayfa > Media > Şəhid İslamov Daşqının bu gün doğum günüdür

Şəhid İslamov Daşqının bu gün doğum günüdür


11-06-2021, 16:43. Yazar: sevinc1
Şəhid İslamov Daşqının bu gün doğum günüdür

Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlayan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Sabirabad rayonu Poladtuğay kənd sakini şəhid İslamov Daşqın Alik oğlunun bu gün doğum günüdür.

Şəhidin doğum günündə onun əziz xatirəsini yad etmək məqsədilə bu gün YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhidmizin ailəsini ziyarət etdikdən sonra birlikdə məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin!

aia.az
Geri dön